“FlyDubai”ın təyyarəsi Bakıya təcili eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“FlyDubai”ın təyyarəsi Bakıya təcili eniş edib

Qafar Ağayev09:06 - Bu gün
“FlyDubai”ın təyyarəsi Bakıya təcili eniş edib

5 dekabr tarixində "FlyDubai" aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin komandiri Moskva–Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.

Bu barədə 1news.az-a hava limanının mətbuat xidmətindən bildirilib.

Təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.

Paylaş:
56

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35
Bütün xəbərlər