Ötən il Ombudsmana müraciətlərin sayı açıqlandı
“2025-ci ildə Ombudsmanın ünvanına 42 mindən çox müraciət daxil olub”.
1news.az xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva parlamentin martın 3-də keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini təqdim edərkən deyib.
“7/24 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi tərəfindən 14 min 718 zəng qəbul edilib. İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə 9 mindən çox şəxs qəbul edilib”.
O bildirib ki, otən il Ombudsman Konstitusiya Qanunu ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq pozuntularının qarşısının alınması, habelə hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətini dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media subyektləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davam etdirib.












