Ombudsman: Böyük Qayıdış proqramı soydaşlarımızın fundamental hüquqlarının bərpasını təmin edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman: Böyük Qayıdış proqramı soydaşlarımızın fundamental hüquqlarının bərpasını təmin edir

Qafar Ağayev11:15 - Bu gün
Ombudsman: Böyük Qayıdış proqramı soydaşlarımızın fundamental hüquqlarının bərpasını təmin edir

"Torpaqlarımızın işğaldan azad olunması ilə başlanan və genişmiqyaslı bərpa-quruculuq layihələri ilə xarakterizə olunan yeni inkişaf mərhələsində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilir".

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsində ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir infrastruktur layihələrinin icrası, iqtisadi fəaliyyətin bərpası və sosial xidmətlərə əlçatanlığın təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.

Qeyd edilib ki, bu proses 30 ildən artıq müddətdə doğma yurdlarından didərgin düşmüş vətəndaşların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışına, pozulmuş fundamental hüquqlarının bərpasına şərait yaradıb.

Səbinə Əliyeva əlavə edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə dağıdılmış tarixi, mədəni və dini abidələrin bərpası və yenidən qurulması istiqamətində kompleks işlər davam etdirilir.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər