Yasamalda yanğında həyatını itirən Könül Vəlibəylinin qızı palataya köçürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda yanğında həyatını itirən Könül Vəlibəylinin qızı palataya köçürülüb

10:03 - 15 / 12 / 2025
Yasamalda yanğında həyatını itirən Könül Vəlibəylinin qızı palataya köçürülüb

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın reanimasiya şöbəsindən palataya köçürülüb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yeni Klinikanın Mətbuat xidmətindən məlumat verilib.

“2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Terapiya şöbəsində müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti stabil orta ağır olaraq qiymətləndirilir. Xəstənin pulmonoloji və qastroenteroloji müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Paylaş:
306

Son xəbərlər

Maqnit qasırğası olacaq

12 / 01 / 2026, 14:28
Bütün xəbərlər