Şair Ramaldanova ağır itki üz verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şair Ramaldanova ağır itki üz verib

10:10 - 15 / 12 / 2025
Şair Ramaldanova ağır itki üz verib

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir.

1news.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanova Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızıdır.

Qəzada yaralanan şəxslər də Ramaldanovun yaxın qohumlarıdır. Onlar, Bakı şəhər sakinləri - sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimovdur.

Paylaş:
246

Son xəbərlər

Maqnit qasırğası olacaq

12 / 01 / 2026, 14:28
Bütün xəbərlər