Emin Əmrullayev: Universitetlərimiz özlərini rəqabətə hazır etməlidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev: Universitetlərimiz özlərini rəqabətə hazır etməlidir

Qafar Ağayev12:02 - Bu gün
Emin Əmrullayev: Universitetlərimiz özlərini rəqabətə hazır etməlidir

“Gələcək kifayət qədər rəqabətlidir. İstənilən universitet özünü bu rəqabətə hazır etməlidir”.

1news.az xəbər verir ki, bunu Azərbaycan memarlıq 50 illiyi ilə bağlı tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Çalışmalıyıq ki, daha sürətli irəli gedək. Biz fikirləşirik rəqabət inkişafda önəmli amildir, ancaq bu rəqabət ədalətli olmalıdır.

İkinci vacib məqam əməkdaşlıqdır. Elm və təhsil sahəsində əməkdaşlıq çox önəmlidir. Təcübə göstərir ki, bu sahədə əməkdaşlıqdan böyük kəşflər, nailiyyətlər əldə olunur. Eyni zamanda özəl sektorla ali təhsil müəssisələrinin əməkdaşlığı da böyük əhəmiyyətə malikdir".

Nazir bildirib ki, Başqa bir məqam beynəlxalq reytinqlərlə bağlıdır.

“Reytinqlərə baxdığımızda görürük ki, bizim elmi-tədqiqat sahəsində görüləcək işlərimiz çoxdur. Fokusumu elmi tədqiqatlara verməliyik, əgər elmi tədqiqatlar artarsa böyük uğurlara imza ata bilərik".

“Kəlbəcər məktəbinin inşasında Memarlıq və İnşaat Universitetinin 25 yaşlı məzunu iştirak edir” - deyə nazir əlavə edib:

“Eyni zamanda azad olunmuş işlərdə Memarlıq və İnşaat Universitetinin məzunlarının böyük əməyi var”.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər