Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb - YENİLƏNİB

13:59 - Bu gün
Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb - YENİLƏNİB

Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 10 ailənin (44 nəfər) qayıdışı təmin edilib.

Belə ki, bu mərhələdə daxil olmaqla Vəngli kəndinə ümumilikdə 137 ailə (532 nəfər) daimi qayıdışı təmin edilib.

12:59

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində dekabrın 27-də Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç yola salınıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdam rayonunun Dördyol ərazisindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Bu mərhələdə Vəngli kəndinə 10 ailə - 44 nəfər köçürülür.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər