Nigar Köçərli: “LİV Bona Dea” Hospital ilə məsələni hüquqi müstəvidə həll etməyi düşünürəm | 1news.az | Xəbərlər
Cəmiyyət

Nigar Köçərli: “LİV Bona Dea” Hospital ilə məsələni hüquqi müstəvidə həll etməyi düşünürəm

Qafar Ağayev13:38 - Bu gün
Nigar Köçərli: “LİV Bona Dea” Hospital ilə məsələni hüquqi müstəvidə həll etməyi düşünürəm

“Təəssüf ki, şikayətimlə bağlı “LİV Bona Dea” Hospital tərəfindən nəinki adekvat cavab verilmədi, əksinə, bizi yalan və böhtan yaymaqda ittiham edərək müxtəlif yollarla paylaşımın silinməsi üçün təzyiqlər göstərildi”.

1news.az xəbər verir ki, bunu “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, şikayətləri ilə bağlı hospitaldan ona adekvat cavab verilməyib:

“Mənim istəyim çox sadə idi: ödədiyim vəsait müqabilində normal xidmətin göstərilməsi. Niyyətim kiminsə işdən çıxarılması və ya cəzalandırılması deyil, yalnız aydın cavab almaq idi:

- anesteziya niyə gecikdirilib?

- tibbi personal niyə mənimlə qəddar rəftar edib?

- pasiyentə bu laqeyd münasibətin səbəbi nədir?

Lakin klinika vəziyyəti aydınlaşdırmaq və üzr istəmək əvəzinə ittiham yolunu seçdi. Bu yanaşma məndə əlavə suallar doğurur: görəsən, həmin 6 saat ərzində içəridə nə baş verib ki, indi bunu ört-basdır etməyə çalışırlar?”.

N.Köçərli qeyd edib ki, milyonlarla vəsait xərclənərək dəbdəbəli xəstəxana tikilir, amma pasiyentə laqeyd yanaşılır:

“Xəstə haqqında yaxınlarına heç bir məlumat verilmir, vəziyyət izah olunmur və buraxılan səhvə görə üzr istənilmir.

Klinikanın bu münasibətini özümə qarşı açıq hörmətsizlik kimi qəbul edirəm və məsələni artıq hüquqi müstəvidə həll etməyi düşünürəm”.

Həmçinin oxuyun: Nigar Köçərli “Liv Bona Dea Hospital”dan şikayətçi oldu: Kobud rəftarla üzləşdim

“Liv Bona Dea Hospital” Nigar Köçərlinin iddialarına cavab verdi

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər