ABŞ səfirliyi: Prezidentlər Vaşinqton razılaşmalarına sadiqliklərini bir daha təsdiqləyiblər | 1news.az | Xəbərlər
Siyasət

ABŞ səfirliyi: Prezidentlər Vaşinqton razılaşmalarına sadiqliklərini bir daha təsdiqləyiblər

Qafar Ağayev14:09 - Bu gün
ABŞ səfirliyi: Prezidentlər Vaşinqton razılaşmalarına sadiqliklərini bir daha təsdiqləyiblər

Prezident Donald Tramp və Prezident İlham Əliyev yanvarın 22-də Davosda ABŞ–Azərbaycan münasibətləri və regional sülh məsələlərini müzakirə etmək üçün görüşüblər.

1news.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin məlumatında bildilib.

Qeyd edilib ki, tərəflər avqustun 8-də keçirilmiş Sammitdə əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləyərək ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.

"Liderlər, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişləri, eləcə də TRIPP təşəbbüsü sayəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin əhəmiyyətini qeyd ediblər", - məlumatda vurğulanıb.

Paylaş:
112

Son xəbərlər

Bütün xəbərlər