Səbaildə yanan evdən iki nəfərin meyiti aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildə yanan evdən iki nəfərin meyiti aşkarlanıb

Qafar Ağayev15:58 - Bu gün
Səbaildə yanan evdən iki nəfərin meyiti aşkarlanıb

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində yanğın olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər