Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb

Qafar Ağayev17:17 - Bu gün
Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb

2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilməkdədir.

Qeyd edilib ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962-Etimad xətti” yaradılmış, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılıb.

Bundan başqa qeyd olunub ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, eləcə də 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.

Paylaş:
160

Son xəbərlər

Bütün xəbərlər