Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə təhlükəsizlik mövzusunda fikir mübadiləsi aparıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə təhlükəsizlik mövzusunda fikir mübadiləsi aparıb

Qafar Ağayev13:00 - Bu gün
Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə təhlükəsizlik mövzusunda fikir mübadiləsi aparıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər