Masallıda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblər pozulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblər pozulub - FOTO

16:58 - 04 / 02 / 2026
Masallıda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblər pozulub - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun Musaküçə kəndində fəaliyyət göstərən, Eynullayev Elçin Eynulla oğluna məxsus ictimai iaşə obyektində yoxlama keçirib.

1news.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər