Taleh Kazımov: Valyutada təklif tələbi üstələyib
“Ötən il valyuta bazarında təklif tələbi üstələyib”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Taleh Kazımov deyib: “Orta hesabla bir hərracda təklif 70 milyon ABŞ dolları olduğu halda, tələb 54 milyon dollar təşkil edib”.
O əlavə edib: “Fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da eyni tendensiya müşahidə olunub – banklar tərəfindən 423 milyon dollar alınıb. Bu isə əhalinin valyutanı almaqdan daha çox satdığını göstərir. Eyni zamanda, Mərkəzi Bank valyuta auksionlarında əvvəlki dövrlə müqayisədə 400 milyon ABŞ dolları az valyuta satışı həyata keçirib”.
111












