Azərbaycanla İordaniya arsında gömrük sahəsində əməkdaşlıq sazişi təsdiqlənib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla İordaniya arsında gömrük sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

15:46 - 10 / 02 / 2026
Azərbaycanla İordaniya arsında gömrük sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiq edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Sənədə əsasən, 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiq edilsin.

Paylaş:
192

Son xəbərlər

Bütün xəbərlər