“2025-ci il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından əlamətdar il olub” | 1news.az | Xəbərlər
Cəmiyyət

“2025-ci il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından əlamətdar il olub”

Qafar Ağayev10:46 - Bu gün
“2025-ci il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından əlamətdar il olub”

“2025-ci il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından əlamətdar il olub”.

1news.az xəbər verir ki, bunu “Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar” Forumunda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sülh gündəliyinə dair irəliləyişin əldə olunması ölkəmiz və region üçün böyük iqtisadi inkişaf perspektivləri açıb.

Onun sözlərinə görə, qlobal iqtisadi tərəfdaşlarla imzalanmış strateji tərəfdaşlıq sənədləri Azərbaycanın artan geoiqtisadi rolunu daha da gücləndirir.

M.Cabbarov vurğulayıb ki, bu tərəfdaşlıqlar investisiya, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt, yüksək texnologiyalar və digər sahələrdə qlobal dəyər zəncirlərinə daha sıx inteqrasiya üçün yeni imkanlar yaradır.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər