Beyləqanda yeni doğulan körpə ölüb
Fevralın 8-də saat 10:00 radələrində 1996-cı il təvəllüdlü hamilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, hamiləliyinin 39-cu həftəsində olan pasiyentdə təbii doğuş prosesi icra edilib: "Körpənin (kişi) çəkisi 4100 qr., boyu 53 sm. olub. Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmazlığı diaqnozu təyin olunub. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 09.02.2026-cı il tarixində saat 12:00 radələrində yenidoğulmuşun bioloji ölüm faktı qeydə alınıb".
Qeyd edək ki, faktla əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
10:55
Beyləqanda yeni doğulan körpə ölüb.
1news.az APA-ya istinadən xəbər verir ki, rayonun Birinci Şahsevən kənd sakini 1996-cı il təvəllüdlü Ülviyyə Əliyevanın Beyləqan Mərkəzi Xəstəxanasının Doğum şöbəsində təbii doğuşla dünyaya gətirdiyi oğlan uşağı ölüb.
Faktla bağlı araşdırma aparılır.












