Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb

Qafar Ağayev16:31 - Bu gün
Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən 14-cü "MALT" (Meetings Arabia & Luxury Travel) Konqresində təmsil olunur.

1news.az bu barədə Agentliyə istinadən xəbər verir.

Bildirilib ki, ötən gün işə başlamış və bu gün başa çatacaq konqres çərçivəsində Yaxın Şərq regionunda işgüzar tədbirlər və lüks turizm sahəsində fəaliyyət göstərən aparıcı mütəxəssislər bir araya toplaşaraq sənayenin aktual inkişaf istiqamətlərini müzakirə edir, yeni tərəfdaşlıqlar qurur və əməkdaşlıq perspektivlərini dəyərləndirirlər.

Tədbir müddətində Yaxın Şərqin turizm sənayesi nümayəndələri ilə 20 B2B formatlı görüş keçirilib, Azərbaycanın işgüzar turizm imkanları, lüks hotelləri, eləcə də biznes tədbirlərinin təşkili üçün mövcud infrastruktur və imkanlar haqqında məlumat verilib.

"MALT" Konqresi hər il Əbu-Dabidə keçirilən, "QnA International"ın təşkil etdiyi nüfuzlu biznesdən-biznesə turizm və səyahət platforması kimi tanınır. Beynəlxalq platforma işgüzar, korporativ və lüks turizm sahəsində fəaliyyət göstərən peşəkarları bir araya gətirərək, sektor üzrə əməkdaşlığın genişləndirilməsinə və yeni biznes imkanlarının formalaşdırılmasına şərait yaradır.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər