Ağcabədidə 7 kiloqram narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə 7 kiloqram narkotik vasitə aşkarlanıb

10:44 - Bu gün
Ağcabədidə 7 kiloqram narkotik vasitə aşkarlanıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İntiqam Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, onun üzərinə və narkotiki saxladığı yarımtikiliyə baxış zamanı 7 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Aǧayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər