Tək biletlə hər gün Bakıdan Qəbələyə! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tək biletlə hər gün Bakıdan Qəbələyə!

16:27 - Bu gün
Tək biletlə hər gün Bakıdan Qəbələyə!

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayır.

Qurumdan 1news.az-a bildirilib ki, bu marşrut üzrə saytdan və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq:

- Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;

- Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

♻️ Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi edə bilərsiniz.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər