Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu son iki ildə 35-dən çox beynəlxalq konfrans keçirib | 1news.az | Xəbərlər
Siyasət

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu son iki ildə 35-dən çox beynəlxalq konfrans keçirib

Qafar Ağayev12:23 - Bu gün
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu son iki ildə 35-dən çox beynəlxalq konfrans keçirib

“Bakı Təşəbbüs Qrupunun müstəqillik hərəkatları ilə uğurlu əməkdaşlığı nəticəsində mühüm nəticələr əldə ediləcək”.

1news.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda deyib.

Abbas Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupu son iki ildə 35-dən çox beynəlxalq konfrans keçirib, 150 tədqiqat aparıb və 40-dan artıq hesabat dərc edib.

Onun sözlərinə görə, qurum həmçinin üç kitab nəşr edib, Birləşmiş Millətlər Təşkilatına və onun aidiyyəti qurumlarına alternativ hesabatlar və bəyanatlar təqdim edib.

Qeyd olunub ki, 2025-ci ilin aprel ayında Bakı Təşəbbüs Qrupu tərəfindən BMT-nin Afrika Mənşəli İnsanlar üzrə Daimi Forumuna alternativ hesabat təqdim edilib.

“Həmin sənəd BMT Baş katibinin Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin icrası üzrə Fəaliyyət Proqramına dair məruzəsinə daxil olunub”.

O, çıxış zamanı vurğulayıb ki, müstəqil hərəkatlarla əməkdaşlıq müstəmləkəçilikdən əziyyət çəkən dənizaşırı ərazilərin və regionların dekolonizasiyası istiqamətində real nəticələrin əldə olunmasına xidmət edəcək.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər