İlk köç karvanı Xocalının Xanabad kəndinə çatdı - YENİLƏNİB
Xocalı rayonunun Xanabad kəndinə yola salınan ailələr mənzil başına çatıblar.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, ilk mərhələdə Xanabad kəndinə 38 ailə (154 nəfər) qayıdıb.
Daha sonra ailələrə mənzillərin açarları təqdim ediləcək
12:43
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə əhalinin mərhələli şəkildə köçürülməsi davam edir.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, 38 ailə (154 nəfər) Ağdam rayonunun Dördyol ərazisindən Xocalı rayonunun Xanabad kəndinə yola salınıb.
Qeyd edək ki, sözügedən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmışdılar.
117












