ADY: Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır
Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır.
Bu barədə 1news.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, bu cür ərazilərdə insanların qatar yoluna çıxması, relslərə kənar əşyaların qoyulması, nəzarətsiz buraxılan heyvanların qatarın qarşısına çıxması, eləcə də digər təhlükəli hallar daha çox qeydə alınır.
Səhmdar cəmiyyəti qeyd edir ki, neqativ halların baş verməməsi üçün isə maşinistlər tez-tez təcili tormozlama etməyə məcbur qalır: "Amma bəzən toqquşmalar qaçılmaz olur. Təhlükəsizlik hər birimizin məsuliyyətidir. Yolların təhlükəsiz olması üçün qaydalara diqqət edək, ehtiyatlı davranaq".
65












