26 dərəcəyədək isti olub - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

26 dərəcəyədək isti olub - Faktiki hava

10:30 - Bu gün
26 dərəcəyədək isti olub - Faktiki hava

Fevralın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib. Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.

Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qax (Sarıbaş), Xaçmaz, Zaqatala, Quba, Şahdağ, Sabirabadda 1 mm-dək qeydə alınıb.

Fevralın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 18, Aran rayonlarında 25, dağlıq rayonlarda 15 dərəcəyədək isti müşahidə olunub.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər