Azərbaycan neftinin qiyməti bahalaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
1news.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,83 ABŞ dolları və ya 2,58% yüksələrək 72,78 ABŞ dollarına çatıb.
Məlumata görə, “Azeri Light” markalı neftin əvvəlki satış qiyməti 70,95 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
80












