FHN Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı müraciət etdi

Qafar Ağayev09:22 - Bu gün
FHN Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı müraciət etdi

Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət müraciət edib.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Nazirlik Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Paylaş:
56

Son xəbərlər

Müşfiq Abbasov həbs edildi

23 / 02 / 2026, 17:57
Bütün xəbərlər