İran Xarici işlər nazirindən ABŞ-yə etiraz: Əgər hücum edəcəkdinizsə, niyə danışıqlara başladınız? | 1news.az | Xəbərlər
Dünya

İran Xarici işlər nazirindən ABŞ-yə etiraz: Əgər hücum edəcəkdinizsə, niyə danışıqlara başladınız?

Qafar Ağayev00:31 - Bu gün
İran Xarici işlər nazirindən ABŞ-yə etiraz: Əgər hücum edəcəkdinizsə, niyə danışıqlara başladınız?

İranın xarici işlər naziri Abbas Arakçi, ABŞ və İsrailin hücumlara başlamasından sonra NBC News telekanalına açıqlama verib.

1news.az xəbər verir ki, Arakçi Vaşinqtonun iyun ayında olduğu kimi, danışıqlar davam edərkən hücuma keçdiyini bildirib.

"ABŞ rəhbərliyinin niyə müzakirələrə başlamaqda israr etdiyini anlamıram. Sonra isə danışıqların ortasında hücum etdilər. Bu, iyun ayında baş verənlərin eynisidir. O zaman da danışıqlar gedirdi və biz ciddi irəliləyiş əldə etmişdik. İki gün öncə Cenevrədə Steve Witkoff və Jared Kushner ilə çox yaxşı görüşümüz oldu. İranın nüvə proqramı ilə bağlı ciddi sualları müzakirə etdik. Fərqlərimiz var, amma onların bir qismini həll etdik və qalan məsələləri müzakirə etməyə davam etməyə qərar verdik".

Nazir vurğulayıb ki, İran bölgədə müharibə və gərginliyin artmasını istəmir.

"Bizim baxışımıza görə, regionda müharibə və ya gərginliyin eskalasiyası arzuolunan deyil. Gərginliyin azaldılmasına hazırıq, lakin əvvəlcə hücumlar dayandırılmalıdır. Hücumlar bitdikdən sonra dialoq üçün zəmin yarana bilər və biz bunu dəyərləndirə bilərik".

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər