ABŞ-nin müharibə naziri: ABŞ və İsrail İranın hava məkanında tam nəzarət qurmağa yaxındır
ABŞ-nin müharibə naziri Pit Heqset İrana qarşı zərbələrin “yeni dalğaları”nın başlayacağını açıqlayıb.
1news.az xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə bəyan edib.
P.Heqset bildirib ki, hazırkı şəraitdə Tehran ABŞ və İsrail Silahlı Qüvvələrinin İrana qarşı həyata keçirdiyi əməliyyata koordinasiyalı cavab vermək imkanında deyil.
Onun sözlərinə görə, ABŞ ordusu əməliyyatların davam etdirilməsi üçün bütün zəruri resurslara malikdir və hərbi potensial baxımından heç bir çatışmazlıq yoxdur.
Nazir vurğulayıb ki, ABŞ Silahlı Qüvvələrinin, o cümlədən ən müasir döyüş sursatı ehtiyatları kifayət qədərdir və bu, əməliyyatların intensiv şəkildə davam etməsinə şərait yaradır.
P.Heqset əlavə edib ki, ABŞ artıq ciddi nəticələr əldə edib: “İranın Hərbi Hava Qüvvələri faktiki olaraq sıradan çıxarılıb, Hərbi Dəniz Qüvvələri isə artıq əhəmiyyətli qüvvə hesab edilmir. ABŞ İranın hərbi potensialını qısa müddətdə bərpa etməsinin qarşısını almağa çalışır”.
Nazir həmçinin qeyd edib ki, ABŞ və İsrail İranın hava məkanında tam nəzarət qurmağa yaxındır: “ABŞ qalib gəlir”.












