İran hərbi gəmisinə Şri-Lanka sahillərində hücum: axtarış-xilasetmə əməliyyatı davam edir | 1news.az | Xəbərlər
Dünya

İran hərbi gəmisinə Şri-Lanka sahillərində hücum: axtarış-xilasetmə əməliyyatı davam edir

Qafar Ağayev14:18 - Bu gün
İran hərbi gəmisinə Şri-Lanka sahillərində hücum: axtarış-xilasetmə əməliyyatı davam edir

İrana məxsus hərbi gəmi Şri-Lanka yaxınlığında vurulub.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın “Moudge” sinifli, 180 nəfərlik heyətə malik freqatı ölkə ərazisindən təxminən 2 min 750 kilometr məsafədə zərbəyə məruz qalıb. Hadisə zamanı gəminin sübh çağı SOS siqnalı verdiyi bildirilib.

Şri-Lankanın xarici işlər naziri Vijitha Herath açıqlamasında bildirib ki, İrana məxsus IRIS Dena adlı hərbi gəmi adanın ərazi sularının dərhal kənarında vurulub. Onun sözlərinə görə, 32 dənizçi “ağır yaralı” vəziyyətdə xilas edilib və axtarış-xilasetmə əməliyyatları davam edir.

Nazir əlavə edib ki, yaralılar Şri-Lankanın cənubunda yerləşən Galle şəhərindəki xəstəxanaya yerləşdirilib. Yaralıların xəstəxanaya çatdırılması zamanı ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər