İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim veriləcək | 1news.az | Xəbərlər
Siyasət

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim veriləcək

12:52 - Bu gün
İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim veriləcək

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.

1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

"Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək", - bəyanatda qeyd edilib.

Xatırladaq ki, martın 5-i günorta radələrində Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib.

Paylaş:
137

Son xəbərlər

Bütün xəbərlər