DVX yeni idarəetmə modeli ilə ədalətli və şəffaf vergi sistemi qurmağı hədəfləyir – Orxan Nəzərli | 1news.az | Xəbərlər
Cəmiyyət

DVX yeni idarəetmə modeli ilə ədalətli və şəffaf vergi sistemi qurmağı hədəfləyir – Orxan Nəzərli

Qafar Ağayev12:08 - Bu gün
DVX yeni idarəetmə modeli ilə ədalətli və şəffaf vergi sistemi qurmağı hədəfləyir – Orxan Nəzərli

“Dövlət Vergi Xidmətinin “strateji idarəetmə modelinin əsas sütunları müəyyən edilib”.

1news.az xəbər verir ki, bunu “Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar” Forumunda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. O bildirib ki, strategiyanın reallaşmasında növbəti mərhələ kimi idarəetmədə üç əsas sütun ön plana çıxarılır: strateji idarəetmə və təşkilati risklər üzrə sistemli yanaşma, məlumatlara əsaslanan qərarvermə, data analitika və süni intellekt tətbiqləri, həmçinin daxili nəzarət və audit mexanizmlərinin beynəlxalq standartlara uyğun qurulması.

O.Nəzərli qeyd edib ki, ötən ilin sonunda DVX-nin strukturunda dəyişikliklər edilərək yeni strukturlar yaradılıb. Bunlar Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi, Data analitika idarəsi və Daxili audit baş idarəsidir. Bu yeni istiqamətlər DVX-nin idarəçilik səviyyəsini yüksəltmək, fəaliyyətin daha şəffaf, səmərəli və nəticəyönlü olmasını təmin etmək üçün formalaşdırılıb.

Dövlət Vergi Xidmətinin rəisi əlavə edib ki, ötən il 2025–2028-ci illər üçün strategiya qəbul olunub və dərhal icrasına başlanılıb. Strategiya idarəetmə modeli kimi dəyişən iqtisadi mühitə çevik uyğunlaşmanı, aydın strateji baxışı və uzunmüddətli missiyanı özündə birləşdirir.

O.Nəzərli vurğulayıb ki, burada əsas məsələ yalnız texnologiya və ya struktur deyil, düşüncə tərzinin və təşkilati mədəniyyətin dəyişməsidir. Şəffaflıq və etimad vergi ödəyiciləri ilə münasibətlərin təməlidir və bu etimad olmadan dayanıqlı vergi sistemi qurmaq mümkün deyil. Məqsəd aydındır – ədalətli, şəffaf və dayanıqlı vergi sistemi.
Qafar Ağayev

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər