Nazir: Azərbaycanın sərmayə mühiti investorlar üçün etibarlı hesab edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Azərbaycanın sərmayə mühiti investorlar üçün etibarlı hesab edilir

Qafar Ağayev10:58 - Bu gün
Nazir: Azərbaycanın sərmayə mühiti investorlar üçün etibarlı hesab edilir

“Ölkəmizdə mövcud makroiqtisadi sabitlik, sərmayələrin qorunması və yaradılmış əlverişli biznes mühiti investorlar üçün uzunmüddətli etimad mühiti formalaşdırır”.

1news.az xəbər verir ki, bunu “Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar” Forumunda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış əlverişli infrastruktur, vergi və gömrük güzəştləri, eləcə də dövlət-özəl tərəfdaşlıq mexanizmləri və müxtəlif ölkələrlə yaradılmış birgə investisiya fondları sərmayədarlara dayanıqlı layihələrdə iştirak etmək, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq imkanı yaradır.

M.Cabbarov qeyd edib ki, Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət meyillər fonunda ölkənin kredit reytinqi də artıb. Onun sözlərinə görə, Fitch Ratings və Moody’s reytinq agentlikləri tərəfindən Azərbaycanın suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəldilib.

Nazir əlavə edib ki, ölkənin reytinqi üzrə növbəti dövr üçün proqnoz müvafiq olaraq “stabil” və “müsbət” kimi qiymətləndirilib.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər