Elxan Məmmədov FIFA-nın Parisdəki yeni ofisini Canni İnfantinoya təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Elxan Məmmədov FIFA-nın Parisdəki yeni ofisini Canni İnfantinoya təqdim edib

12:58 - Bu gün
Elxan Məmmədov FIFA-nın Parisdəki yeni ofisini Canni İnfantinoya təqdim edib

FIFA-nın üzv assosiasiyaları ilə iş üzrə direktoru Elxan Məmmədov təşkilatın Parisdə yerləşən yeni ofisini FIFA prezidenti Canni İnfantinoya təqdim edib.

C.İnfantino sosial şəbəkədə Parisdə çəkilmiş videonu paylaşaraq bildirib ki, Razılaşma meydanında yerləşən ofisdə FIFA-nın bayrağı qaldırılıb.

FIFA prezidenti bunu təşkilatın tarixini və futbol vasitəsilə dünyanı birləşdirmək missiyasını əks etdirən simvolik an kimi qiymətləndirib: “FIFA Parisdə yaradılıb və təsisindən 120 ildən çox vaxt keçdikdən sonra məhz burada – bu hekayənin başladığı şəhərdə qlobal oyunumuzu qeyd etmək xüsusilə önəmlidir. FIFA-nın Paris ofisi bütün dünyada futbolun inkişafına xidmət etməyə davam edir”.

Aşağıda 1news.az oxucuları FIFA-nın üzv assosiasiyaları ilə iş üzrə direktoru Elxan Məmmədovun təşkilatın Parisdə yerləşən yeni ofisini FIFA prezidenti Canni İnfantinoya təqdim etdiyi videonu izləyə bilərlər.

Paylaş:
203

Son xəbərlər

Bütün xəbərlər