Sahibə Qafarova pakistanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova pakistanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib

Qafar Ağayev13:36 - 09 / 03 / 2026
Sahibə Qafarova pakistanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub.

Bildirilib ki, tərəflər həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Sülh, sabitlik və əməkdaşlıq baxımından parlamentlər arasında dialoqun əhəmiyyəti qeyd olunub.

Paylaş:
655

Son xəbərlər

Bakıda yol çökdü - FOTO

28 / 03 / 2026, 14:46
Bütün xəbərlər