Polşalı diplomatlar İran ərazisindən Azərbaycana təxliyə olunublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Polşalı diplomatlar İran ərazisindən Azərbaycana təxliyə olunublar

Qafar Ağayev16:29 - Bu gün
Polşalı diplomatlar İran ərazisindən Azərbaycana təxliyə olunublar

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə əcnəbi vətəndaşların təxliyə prosesi davam edir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Polşa diplomatik heyətinin 10 üzvü İrandan Azərbaycana təxliyə olunub. Onlar sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.

Qeyd edək ki, təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.

Paylaş:
154

Son xəbərlər

Bütün xəbərlər