Tramp İranın yeni Ali Liderinin seçilməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp "The Times of Israel" nəşrinə müsahibəsində Müctəba Xameneinin İranın yeni ali lideri seçilməsinə münasibət bildirərək, “görək nəcə olacaq?!” ifadəsini işlədib.
Ağ Evin rəhbəri həmçinin qeyd edib ki, İranla münaqişənin nə vaxt başa çatdırılması ilə bağlı qərarı İsrailin Baş naziri Benyamin Netanyahu ilə birlikdə verəcək.
Bir neçə saat əvvəl isə Tramp ABC News telekanalına açıqlamasında İranın növbəti liderinin Vaşinqtonun razılığını almayacağı təqdirdə “uzun müddət hakimiyyətdə qala bilməyəcəyini” söyləyib.
“İnsanların beş ildən sonra yenidən eyni vəziyyətlə üzləşməsini istəmirəm və ya daha pisi — onların nüvə silahına sahib olmasına imkan verilməməlidir”, — deyə Tramp vurğulayıb.
Martın 8-də İranın Ekspertlər Şurası Müctəba Xameneinin ölkənin ali lideri vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edib. O, ABŞ və İsrailin İrana qarşı keçirdiyi əməliyyat zamanı öldürülən sabiq ali lider Əli Xameneinin oğludur.
İranın xarici işlər naziri Abbas Əraqçi Xameneini seçilməsi münasibətilə təbrik edib və ölkənin diplomatik korpusu adından yeni ali liderə sədaqət andı içib. Bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusu, təhlükəsizlik və asayiş qüvvələri, eləcə də ölkə ordusu artıq Xameneiyə sadiqlik andı verib.












