Xızıda dağlıq ərazidə köməksiz qalan xarici vətəndaşlar xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda dağlıq ərazidə köməksiz qalan xarici vətəndaşlar xilas edilib - VİDEO

Qafar Ağayev11:24 - Bu gün
Xızıda dağlıq ərazidə köməksiz qalan xarici vətəndaşlar xilas edilib - VİDEO

Xızıda dağlıq ərazidə köməksiz qalan xarici vətəndaşlar xilas edilib.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazdə 3 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içərisində 3 nəfər xarici ölkə vətəndaşının olduğu "Toyota Prado" markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər