Qar, yağış, duman - Faktiki hava açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qar, yağış, duman - Faktiki hava açıqlandı

11:55 - Bu gün
Qar, yağış, duman - Faktiki hava açıqlandı

Martın 9-u saat 11:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağır.

Qarın hündürlüyü Şahbuzda 41, Zaqatalada (Əlibəy) 28, Daşkəsən, Qrızda (Quba) 20, Kəlbəcər, Xınalıqda 17, Qaxda (Sarıbaş) 16, Lerikdə 15, Laçın, Qubadlı, Qusarda (Laza) 14, Şəki (Kişçay), Xızıda 11, Şahdağda 8, Şuşa, Gədəbəy, Oğuzda 7, Yardımlı, Xaltan, Şabranda 6, İsmayıllıda 5, Qəbələdə 4, Göygöldə 3, Xankəndi, Xocalı, Füzuli, Qobustanda 2 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 25, Lənkəranda 23, Ağsuda 10, Sabirabadda 9, Balakəndə 8, Göyçay, Zərdabda 6, Cəlilabad, Beyləqan, Kürdəmirdə 5, Mingəçevir, İmişli, Biləsuvar, Ağdamda 4, Tərtər, Bərdə, Yevlaxda 3, Bakı və Abşeron yarımadasında eləcə də Şamaxı, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Naftalan, Gəncə, Xaçmaz, Goranboy, Neftçalada 1 mm-dir.

Naftalan, Balakən, Qax (Sarıbaş), Şəki, Şamaxı, Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır

Paylaş:
219

Son xəbərlər

Bütün xəbərlər