Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var

12:32 - Bu gün
Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var

Lənkəran rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Lənkəran-Lerik magistralında, Lənkəranın Qurumba kəndi ərazisində “Qaz-31” və “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza zamanı 1972-ci il təvəllüdlü Elnarə Ağamehdi qızı Həsənova xəsarət alıb.

Əraziyə dərhal təcili tibbi yardım briqadası cəlb olunub və 54 yaşlı qadına ilkin tibbi xidmət göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər