Anar Quliyev: “Bakıda keçirilən forum dayanıqlı şəhər gələcəyinə ümumi sadiqliyimizi nümayiş etdirdi” | 1news.az | Xəbərlər
Siyasət

Anar Quliyev: “Bakıda keçirilən forum dayanıqlı şəhər gələcəyinə ümumi sadiqliyimizi nümayiş etdirdi”

Faiqə Məmmədova16:05 - Bu gün
Anar Quliyev: “Bakıda keçirilən forum dayanıqlı şəhər gələcəyinə ümumi sadiqliyimizi nümayiş etdirdi”

“13-cü Forum dayanıqlı şəhər gələcəyinə dair qətiyyətimizi, dialoqu və ortaq öhdəliyimizi əks etdirən mühüm platformaya çevrildi”.

1news.az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə Milli koordinatoru Anar Quliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində çıxışı zamanı deyib.

A.Quliyev qeyd edib ki, xüsusi təşəkkür sözləri Azərbaycanın WUF13 üzrə Təşkilat Komitəsinə və Komitənin rəhbərliyinə ünvanlanır. Onun sözlərinə görə, peşəkarlıq, fədakarlıq və yorulmaz komanda işi sayəsində forumla bağlı baxışlar real uğura çevrilib, tədbir isə bu qədər genişmiqyaslı, çoxşaxəli və əhəmiyyətli səviyyədə qüsursuz təşkil olunub.

“Əminəm ki, böyük komandamızın bir çox üzvü hazırda da qeydiyyat və yekun proseslərlə məşğuldur. Lakin əgər onların bir qismi bu zalda iştirak edirsə, onları ayağa qalxmağa dəvət edir və hər birinizi onları alqışlarla salamlamğa çağırıram”, - deyə Anar Quliyev bildirib.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər