“Spotify” musiqi platformasında yenilik tətbiq olunacaq
"Spotify" platforması dinləyicilərin real sənətçiləri süni intellektlə yaradılan profillərdən ayırd etməsi üçün yeni “Spotify tərəfindən təsdiqlənib” rozetini təqdim edib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, yaşıl təsdiq işarəsi sənətçi adının yanında görünəcək və istifadəçilərə profilin həqiqi şəxsə məxsus olduğunu göstərməyə kömək edəcək. Bildirilir ki, istifadəçilərin ən çox axtardığı sənətçilərin 99 faizindən çoxu artıq ilkin mərhələdə bu rozetlə təmin olunub.
Yeni sistemə əsasən, süni intellekt tərəfindən yaradılan uydurma sənətçi profilləri təsdiqləmə proqramına daxil edilmir. Təsdiqləmə zamanı sənətçinin konsert fəaliyyəti, musiqi irsi, sosial media aktivliyi və dinlənmə statistikası kimi müxtəlif meyarlar nəzərə alınır.
"Spotify" bu yeniliklə platformada etibarlılığı artırmağı və istifadəçilərə daha təhlükəsiz təcrübə təqdim etməyi hədəfləyir.












