Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət edib

Qafar Ağayev12:20 - Bu gün
Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergiödəyicilərinə müraciət edib.

DVX-dən 1news.az-a bildirilib ki, martın 31-i aşağıdakı vergilərin ödənilməsinin son günüdür: xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, mədən vergisi, pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi.

Qeyd olunan ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə əlavə faizlər hesablanır.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər