İsrail İrana zərbələri genişləndirməyi planlaşdırır
1news.az xəbər verir ki, nazir bildirib ki, İsrail ordusunun zərbələri həm miqyas, həm də hədəf baxımından genişləndiriləcək. Onun sözlərinə görə, əlavə hədəflər siyahıya daxil ediləcək və əməliyyatların coğrafiyası artırılacaq.
Benyamin Netanyahu ilə birlikdə İrana xəbərdarlıq etdiklərini qeyd edən Katz, İsrail şəhərlərinə raket hücumlarının dərhal dayandırılmasının tələb olunduğunu vurğulayıb.
Nazir əlavə edib ki, xəbərdarlıqlara baxmayaraq hücumlar davam etdiyi üçün cavab tədbirləri sərtləşdiriləcək. Onun sözlərinə görə, yeni zərbələr əsasən mülki əhaliyə qarşı istifadə oluna biləcək silahların hazırlanması və tətbiqinə xidmət edən obyektləri hədəf alacaq.
78












