Paşinyan Putinlə görüşəcək
Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.
1news.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər arasında bir sıra ikitərəfli və regional məsələlər müzakirə olunacaq. Danışıqların gündəliyinə Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, Avrasiya məkanında inteqrasiya prosesləri, həmçinin regional gündəmin aktual mövzuları daxildir.
Eyni zamanda, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələsinin də diqqət mərkəzində olacağı qeyd edilib.
69












