İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib - FOTO

10:45 - Bu gün
İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı Memorialın önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Paylaş:
177

Son xəbərlər

Bütün xəbərlər