Tehranda Əli Xameneinin ölümünə görə anım mərasimi keçiriləcək | 1news.az | Xəbərlər
Dünya

Tehranda Əli Xameneinin ölümünə görə anım mərasimi keçiriləcək

Qafar Ağayev13:45 - Bu gün
Tehranda Əli Xameneinin ölümünə görə anım mərasimi keçiriləcək

Bu gün Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü ilə bağlı anım mərasimi keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə Tehran yol polisinin rəisi Əbülfəzl Musəvipur IRNA agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yerli vaxtla saat 07:00-dan (Bakı vaxtı ilə 07:30) etibarən paytaxtın mərkəzi hissəsində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunub. Mərasimin yaxın saatlarda başlaması nəzərdə tutulur.

Qeyd edək ki, Əli Xamenei fevralın 28-də İsrailin İrana qarşı həyata keçirdiyi hücum nəticəsində həyatını itirib. Hadisə zamanı onun ailə üzvlərindən bir neçəsi də həlak olub. Onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər