İsrail İranın ən böyük neft-kimya obyektinə zərbə endirdiyini açıqladı | 1news.az | Xəbərlər
Dünya

İsrail İranın ən böyük neft-kimya obyektinə zərbə endirdiyini açıqladı

Oksana Orucova16:10 - 06 / 04 / 2026
İsrail İranın ən böyük neft-kimya obyektinə zərbə endirdiyini açıqladı

İsrailin müdafiə naziri Yisrael Katz ölkə ordusunun İranın ən böyük neft-kimya obyektinə zərbə endirdiyini açıqlayıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, nazirin sözlərinə görə, hücum Aseluyeh şəhərində yerləşən iri neft-kimya kompleksini hədəf alıb.

O iddia edib ki, İranın neft-kimya ixracının təxminən 85 faizini təmin edən iki obyekt artıq sıradan çıxarılıb.

Eyni zamanda, İran mediasında yayılan məlumatlarda "South Pars petrochemical complex" ərazisində partlayış səslərinin eşidildiyi bildirilib.

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər