DYP-dən küləkli hava ilə bağlı müraciət | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP-dən küləkli hava ilə bağlı müraciət

Qafar Ağayev12:22 - Bu gün
DYP-dən küləkli hava ilə bağlı müraciət

Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edilib.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün paytaxt və yarımadada, eləcə də bəzi bölgələrdə küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq verilib.

Baş DYP İdarəsi intensiv yağışlardan sonra müşahidə olunan əlverişsiz hava şəraitinin yollarda xoşagəlməz hallara səbəb ola biləcəyini qeyd edərək, hərəkət iştirakçılarını ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.

Qeyd olunub ki, xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu nəzərə almalı, daşınan yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər təhlükə ehtimalı olan obyektlərdən uzaqda saxlamaq, park zamanı isə qapalı məkanlara üstünlük vermək tövsiyə olunub.

Bundan əlavə, piyadalara da mövcud hava şəraitini nəzərə almaq, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmək tövsiyə edilib.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər