Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb

12:13 - 08 / 04 / 2026
Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb

İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

DİN-dən 1news.az-a verilən xəbərə görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
183

Son xəbərlər

Nikahların sayı azalıb

14 / 04 / 2026, 17:45

Türkiyədə zəlzələ oldu

14 / 04 / 2026, 17:09
Bütün xəbərlər