İlham Əliyev Məsud Pezeşkianı təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Məsud Pezeşkianı təbrik edib

15:28 - Bu gün
İlham Əliyev Məsud Pezeşkianı təbrik edib

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

1news.az xəbər verir ki, dövlətimizin başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.

Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər